Küçələrdə LGBTİQA+ pankartları paylamaq təcrübəsi – 17 may

Gecə saat 4-də birdən Sənayın (dostumun) “sabah – 17 mayda nəsə edirik” mesajı ilə həvəslənib 17 may gecəsi yatmamağa qərar verdik.

Səhərə qədər bir pankartda klassik azərbaycanlı kütləyə verə biləcəyimiz ən sadə dillə izah olunmuş İDAHOTBİT haqqında, Azərbaycanda homoseksuallığın 2005-dən bəri xəstəlik olaraq təyin olunmadığını vurğulayaraq, LGBTİQA+ inklüzivlərinin üzləşdiyi fobiyalar barəsində məlumatları bölüşdük. Beləcə insanların təsəvvüründə bu gün, LGBTİQA+ və fobiyaların iyrəncliyi haqda kiçik təsəvvür yaratmağı hədəfləyirdik.

Əziz Sənay isə mənim pankart paylama növbəmdə o qədər pis şəkillər çəkib ki, sadəcə 1-ni paylaşmaq istəyirəm 😀


Düşünürəm ki, payladığımız zaman reaksiyalar bizim gözlədiyimizdən qat-qat yaxşı idi. Hətta biz ən yaxşı variantla dava düşəcəyini və toksik kütlə tərəfindən gələn – küçənin ortasında söyüşlərlə mübarizə aparmalı olacağımızı düşündük. Ardıcıllıq demək olar ki, belə idi: yaxınlaşıb “salam” veririk və pankartı uzadıb məlumatlandırma məqsədli olduğunu söyləyirik. İnsanlar isə maraqla açıb oxuyurlar. Başlıqda öpüşən kuir cütlüyü görəndə heç kim inkar etmədi onsuz ahahah. Hətta əlavə 1 ədəd daha istəyən də oldu, pankartı verdiyimiz insanlar arasında sosial mediadan tanış insan çıxanlar da 😀

Ümumi olaraq isə, küçədə olunan əksər aktın gözəl olduğu kimi pankart, buklet və s. paylamağın ayrı bir ləzzəti var. Hələ ki, bunlar “qeyri-ənənəvi” kontentdədirsə.

Mən kartları çıxartdırmaqda daha çox çətinlik çəkəcəyimizi də düşünmüşdüm, lakin 3-cü print cəhdimizdə heç bir etirazla qarşılaşmadıq. Nəysə, bu gün maraqlı idi mənim üçün. Gələn sezondan daha qəşəng 17 maylara! Bayramınız mübarək!

Qeyd: Bu blogda azərbaycanca feminist-queer kontentini artırmaq üçün çalışdığım qədər çox və informativ, qıy (əyləncəli) yazılar hazırlamağa çalışıram. Lakin yardımına ehtiyacım var. Blogun xərclərini toplamaq, keyfiyyətli yazıların və blogda daha böyük yeniliklərin gəlməsinə yardım etmək üçün mənə kreosus vasitəsi ilə dəstək ola bilərsən! Təşəkkür edirəm. Kreosus linki:

https://www.kreosus.com/elimelikov06

Leave a comment